çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

"Qəbələ" və "Zirə"nin legionerləri yığmaya dəvət aldı

09.10.2018 09:47 Oxundu 1866

Futbol üzrə Toqo millisinin Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Qambiyaya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Klod Le Roy 23 futbolçuya dəvət göndərib. Onun yığmaya çağırdığı oyunçular arasında "Qəbələ"nin yarımmüdafiəçisi Lalavele Atakora da var.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun oktyabrın 12-də, növbəti matç isə 4 gün sonra keçiriləcək. Hər iki yığma qrupda keçirdiyi iki oyunda bir xal qazana bilib və 3-4-cü yerləri bölüşrlər.

Xatırladaq ki, Qambiya millisinin heyətində də hazırda "Keşlə"nin formasını geyinən Ebrima Sohna çıxış edir. O da bu oyun üçün ölkəsinin yığmasına dəvət alıb. (Futbolinfo.az)