cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Fənərbaxça”nın Baş məşqçisi dəyişir - İDDİA

09.10.2018 10:15 Oxundu 1859

Türkiyənin məşhur idman şərhçilərindən olan Əhməd Çakar maraqlı açıqlamalar edib.
Cempion.az Türkiyə mətubatına istinadən xəbər verir ki, Əhməd Çakar “Fənərbaxça”nın baş məşqçisinin dəyişəcəyini bildirib. O deyib: “Almaniyadan çox güvəndiyim bir futbol adamı bu xəbəri mənə dedi. Tayfun Qorqud gələcək günlərdə “Fənərbaxça”nın baş məşqçisi olacaq. O özü də bunu istəyir ancaq bəzi İspaniya klublarının onunla maraqlandığına görə bu iş biraz gecikir”.
Nəzərinizə çatdıraq ki, Tayfun Qorqud son olaraq Almaniya Bundesliqasında “Ştutqart”ı çalışdırıb.