şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Aron Remzi "Arsenal"dan ayrıla bilər

09.10.2018 11:54 Oxundu 2471

Arsenal-la 2019-cu ildə müqaviləsi başa çatacaq Aaron Remzi ilə İngiltərənin və İtaliyanın aparıcı klublar maraqlanırlar.

Uels millisinin üzvü üçün Chelsea, Liverpool və Manchester United-in ardından Juventus-la Milan da hərəkətə keçiblər. Rəhbərliklə problemləri olan futbolçunun qış transfer pəncərəsində klubdan ayrılacağı dəqiqdir.

Qeyd edək ki, Remzi 2008-ci ildə Cardiff City-dən London klubuna 4,8 milyon funt-sterlinqə keçib. (Goal.az)