Bazar ertəsi, 22 oktyabr 2018

Menu

Bazar ertəsi, 22 oktyabr 2018

BIZIM FUTBOL

AFFA intizamsızları cəzalandırdı

09.10.2018 13:40

AFFA-nın İntizam Komitəsi Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən çempionatların son turunda qeydə alınmış intizam pozuntuları haqqında qərarlar qəbul edib.

Topaz Premyer Liqasının VII turu

“Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 28 №-li futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub .

“Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov oyun sonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimə olunub.

I Divizionun VI turu

“Sabah-2” – “Kəpəz” matçında “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Neftçi-2” – “Şüvəlan” matçının 88-ci dəqiqəsində “Şüvəlan” klubunun 98 №-li futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Keşlə-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Qarabağ-2”–“Səbail-2” matçında “Səbail-2” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub eyni zamanda 800 manat cərimə olunub.

“Zaqatala” – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oxundu: 83

© 2018 - NSPSOLUTIONS