cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Futbolçular sürücünü xəstəxanalıq ediblər

09.10.2018 14:37 Oxundu 1813

Sosial şəbəkələrdə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamaev və "Zenit"in forvardı Aleksandr Kokorinin dostları ilə birlikdə Rusiya Birinci kanalının aparıcısı Olqa Uşakovanın sürücüsünü döydüklərini əks etdirən video yayılıb.

Bildirilir ki, 33 yaşındakı sürücü park edilmiş avtomobilləri təpikləyən futbolçulara iradını bildirib. Bundan sonra futbolçular ona hücum ediblər. Nəticədə sürücü baş-beyin silkələnməsi diaqnozu ilə reanimatsiyaya yerləşdirilib.

Döyülmə faktı ilə əlaqədar cinayət işi açılıb.