çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

"Traktorsazi"də türk baş məşqçi- İDDİA

09.10.2018 14:47 Oxundu 2034

Təbrizin “Traktorsazi” klubu “Fənərbaxça”nın sabiq baş məşqçisi Aykut Kocamana təklif göndərib.

Bu haqda Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb. Kocamanın hazırda danışıqlar üçün İrana getdiyi bildirilib. 53 yaşlı mütəxəssisin yaxın günlərdə qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, hazırda “Traktorsazi”ni uelsli mütəxəssis, bir vaxt “Xəzər Lənkəran”ın da baş məşqçisi olmuş Con Toşak çalışdırır.

Hazırda “Traktorsazı” İran çempionatında 8 oyundan 13 xalla 5-ci yeri tutur.

(Qol.az)