Bazar ertəsi, 15 oktyabr 2018

Menu

Bazar ertəsi, 15 oktyabr 2018

DIGƏR NÖVLƏR

Konor Makqreqor: "Həbiblə düşmənçiliyimiz bu döyüşdən sonra da qurtarmayacaq"

09.10.2018 17:45

Dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasındakı döyüş bir neçə gün əvvəl keçirilsə də, oyundan sonra baş verən qalmaqalın sədaları kəsilmək bilmir.

İrlandiyalı döyüşçü Konor Makqreqor UFC 229 turnirinə Həbib Nurməhəmmədovla görüş ərəfəsində amerikalı jurnalist Ariel Helvaniyə müsahibə verdib.

- Həbib deyir ki, bu yarış onun üçün təkcə döyüş deyil, həm də şəxsi məsələdir. Bu mübarizə sizn üçün nə deməkdir?

- Atletlər arasında oynanan bütün oyunlar şəxsi məsələdir. Mən bu idman növünün veteranıyam. Demək olar ki, hər bir çəki dərəcəsində mübarizə aparmışam. İdmanın bütün növlərində müxtəlif səviyyələrdə çıxış etmişəm. Mən qəfəsə çıxıb bu insanı məhv edəcəyəm.

- Nurməhəmmədovla bu düşmənçiliyin kökü haradan gəlir? Hansı mənbələrdən qaynaqlanır? Döğrudanmı bütün bunların Artem Lobovdur?

- Əgər Artem mənim yanımda olmasaydı, mən heç vaxt indiki kimi ola bilməzdim. Onun dəstəyi mənə çox şey verib. Həbiblə Lobov arasında UFC 223 turniri ərəfəsində oteldə baş verən hadisə çox açaldıcı bir şeydi. Son nəticədə Həbib də, onun meneceri də yalançı siçanlardır. Onların hər biri öz payını alacaq. Həbiblə düşmənçiliyimiz bu döyüşdən sonra da qurtarmayacaq. Bu düşmənçilik heç vaxt bitməyəcək.

- Mətbuat konfransında Dağıstan, Çeçenistan və Həbibin atası barədə xoşagəlməz ifadələr işlətmisiniz. Buna görə Həbibin çox qəzəbləndiyini bilirsinizmi?

- Mən onu qəzəbləndirəcək bir söz deməmişəm. Səkkizbucaqlı oktaqonda mənim yumruqlarım öz sözünü deyəcək. Həbib qəzəblənməyin nə olduğunu onda biləcək. Mətbuat konfransında mən faktları dilə gətirmişəm. Mən vəziyyəti ətraflı öyrənmişəm.

- Bir çox ekspert hesab edir ki, duel birraundan çox çəkərsə, Habib qalib olacaq.

"Mən bu lənətlənmiş səkkizbucaqlı oktaqonda hər şeyi görmüşəm. Mənim çox böyük təcrübəm var. Baxaq görək, Nurməhəmmədov 1-2 zərbə yeyəndən sonra nə deyəcək? Mənim zərbələrimdən sonra insanlar özlərinə gələ bilmirlər. Bunu çox müşahidə etmişəm.

- Ola bilərmi ki, Həbib döyüşə çıxmasın?

- Hesab edirəm ki, bu dəfə o, döyüşdən imtina etməyəcək. Buna ümid edirəm. Əgər mübarizədən yayınsa, məsələ onun xarakterindədir.

Oxundu: 168

© 2018 - NSPSOLUTIONS