10.10.2018 11:44
2140
Heyyətində çatışmazlıqlar olan Türkiyənin “Qalatasaray” klubu futbolçu axtarışlarını davam etdirir. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verirk ki, komandanın çalışdırıcısı Fathih Terim daha 3 futboçunun adını rəhbərliyə təqdim edib. Oyunçulardan ikisi hücumçu biri isə müdafiəçidir. Hücumçular “Dinamo Kiev”dən Biesiedin və “Riding”dən islandiyalı Bodvarsondur. Müdafiəçi isə “CFR Kluj”dan Vinisiusdur. Nəzərinizə çatdıraq ki, komandanın skautları adı çəkilən oyunçuları milli komandaların heyyətində izləyəcəklər.