cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Ural"ın prezidenti: "Kokorin və Mamayevi qəbul etməyə hazırıq"

10.10.2018 14:56 Oxundu 2026

"Ural" klubunun prezidenti Qriqoriy İvanov "Zenit"in forvardı Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçi Pavel Mamayevin iştirakı ilə baş verən hadisəyə münasibətini açıqlayıb.

- Rusiya Premyer Liqasının (RPL) rəhbəri Sergey Pryadkinin Kokorin və Mamayevlə heç bir klubun müqavilə imzalamayacağına dair bəyanatı ilə razı deyiləm. Uşaqlar bütün həyatlarıı futbola veriblər. İndi cinayət məcəlləsinin maddələri ilə cəzalandırılsalar belə, niyə onlar ömürlük idman həyatdan məhrum edilməlidir? Onlar bu hadisəni idman meydançasında törətməyiblər axı. Kokorin və Mamayev qanunun məcmusuna görə cəzalandırılmalıdırlar, ancaq insanları peşəsindən məhrum etmək ağılasığmazdır. Onlar oynayaraq öz günahlarını yumalıdırlar.

"Kokorin və Mamaevi klubunuza götürərsinizmi?" sualına İvanov belə cavab verib:

- Sergey Gennadieviç (RPL rəhbəri- red.) futbolçularla heç bir klubun müqavilə imzalamayacağına 99 faiz əmin olduğunu bildirib. Yerdə 1 faiz qalır. Biz o bir faizin içindəyik.

Xatırladaq ki, "Zenit"in forvardı Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçi Pavel Mamayev kafedə dava saldıqları üçün mətbuatın diqqət mərkəzinə düşüblər.