cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Kokorin və Mamayev zor gücünə polisə aparılacaqlar

10.10.2018 16:20 Oxundu 2061

İctimai xadim Pavel Pyatnitsky futbolçular Aleksandr Kokorin və Pavel Mamaevin zorla polis bölməsinə aparılacağını söyləyib.

- Kokorin və Mamaev Daxili İşlər Nazirliyinin Dövlət Departamentinin Moskva Baş İdarəsinə zorla gətiriləcəklər. Onlar müəyyən olunmuş vaxtda (13:00-da) polis bölməsinə könüllü gəlmək istəmədilər. Bu bir daha göstərdi ki, onlar hərəkətlərində heç bir qəbahət görmürlər. Bununla onlar cəmiyyətə və qanuna tüpürdülər. Çox ehtimal ki, Kokorin və Mamaev dindirildikdən sonra onlar barədə həbs qəti-imkan tədbiri seçiləcək. Könüllü gəlsəydilər, istintaq müddətində azadlıqda qala bilərdilər, - deyə Pyatnitsky öz Twitter səhifəsində yazıb.