cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Qarabağ”ın Avro Liqadakı rəqibi qorxulu anlar yaşadı

10.10.2018 16:45 Oxundu 2417

Portuqaliya çempionatında “Portimonens” “Sportinq” oyununda qorxulu anlar yaşanıb. Cempion.az xəbər verir ki, Qarabağın da Avro Liqada rəqibi olan “Sportinqin” qapıçısı Roman Salin oyun epizodlarının birində başı qapı dirəyinə dəyəndən sonra huşunu itirərək yerə yıxılıb. Komanda yoldaşını ən yaxın olan Sebasitan Koates qapıçıya kömək edərək dilinin boğazına getməsinə mane olub. Daha sonra xəstəxanaya aparıaln Salinin müayinəsi orada davam etdirilib. Portuqaliya mediası bu hadisədən sonra Koatesi “qəhrəman” elan edib. Qeyd edək ki, “Sportinq”in 2-4 hesablı məğlub olduğu oyunda Koates komandasının sonuncu, ikinci qolunun müəllifi olub.