cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ"da uşaq futbolu müzakirə olunub

10.10.2018 18:59 Oxundu 2174

Bu gün "Qarabağ" klubunun rəhbərliyi akademiya heyəti ilə görüş keçirib. Klubun direktoru Əmrah Çəlikəlin rəhbərliyi ilə baş tutan tədbirdə akademiyanın məşqçi, texniki-inzibati heyəti ilə fikir mübadiləsi aparılıb. Akademiyanın hazırkı durumu ilə bağlı danışan Əmrah Çəlikəl əsas məqsədin Azərbaycan futboluna yeni futbolçular bəxş etmək və müvafiq yaş qrupları üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu da bildirib. Aşağı yaş qrupları üzrə komandalarımızın durumu müzakirə olunub və mövcud problemləri müəyyənləşdirilib.

Sonda Əmrah Çəlikəl məşqçilərin fikirlərini dinləyib və onların suallarını cavablandırıb.