Bazar ertəsi, 10 dekabr 2018

Menu

Bazar ertəsi, 10 dekabr 2018

DÜNYA FUTBOLU

"Liverpul"un hücumçusu Türkiyə klubuna keçə bilər

11.10.2018 08:55


Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində heyətini gücləndirmək üçün çalışmalara başlayıb. Əsas problemi hücum xəttində görən klubun baş məşqçisi Fatih Tərim ilk olaraq bu məsələnin həllini rəhbərliyə bildirib. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verirk ki, Fatih Tərminin növbəti hədəfi “Liverpul”un belçikalı hücumçusu Divok Origidir. Əsas heyətdə mökəmlənə bilməyən futbolçu əvəzedici komanda ilə oyunlara çıxır. Qeyd edək ki, 2020-ci ilə qədər “Liverpul”la müqaviləsi olan Origi ingilis klubundan əvvəl “Lil” və “Volsburq”un şərəfini qoruyub. Ümumilikdə karyerası ərzində 204 oyunda 45 qol vuran gənc oyunçu 17 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.

Oxundu: 151

© 2018 - NSPSOLUTIONS