Bazar ertəsi, 15 oktyabr 2018

Menu

Bazar ertəsi, 15 oktyabr 2018

DIGƏR NÖVLƏR

Obradoviçdən maraqlı müsahibə

11.10.2018 14:50

“Fənərbaxça” Basketbol komandasının təcrübəli çalışdırıcısı Jelko Obradoviç Bein Sportsa maraqlı müsahibə verib. Cempion.az həmin müsahibəni sizə təqdim edir. Jurnalistin: “İki nəfərə sual vermək şansınız olsaydı həmin şəxslər kimlər olardı?” şəklində verdiyi suala Obradoviç belə cavab verib: “Silahı yaradan adama nə üçün silahı yaratdığını soruşardım. İknci sualım siyasətçilərə olardı. Onlara deyərdim. Nə üçün bu qədər özünüzlə maraqlanırsınız? Bütün siyasətçilər belədir hamısı demokratiya deyir. Əməllərinə baxdıqda demokratiyadan söz gedə bilməz. İnsanların həyat və yaşam tərzini düşündüklərini deyirlər ancaq aclıqdan və yoxsulluqdan ölən insanlar milyonlarladı. Ədalət və demokratiya deyəndən sonra bu cür mənzərələr olursa onda dünyada ədalət və demokratiya yoxdur. İnsanlar daha yaxşı yaşamalıdırlar və inanamıram ki, hal hazırki dünyada mövcud vəziyyət düzələ. Ancaq əlimizdən gələn bir şey yoxdur. Sadəcə olaraq ümid edib gözləmək qalır. Hər kəs yanındakına kömək etsə özünü çox düşünməsə qismən yaxşı görüntü ortaya çıxar və siyasətçilərə ehtiyac qalmaz. Dediyimi xəyal belə etmək gözəldir.İnanıram ki xəyallarım zaman gələcək reallaşacaq insanlar əsil demokratik şəraitdə bərabər qaydada yaşayacaqlar.”

Oxundu: 54

© 2018 - NSPSOLUTIONS