cümə, 29 mart 2024

BİZİM FUTBOL

Millimiz səfərdən qələbə ilə döndü

12.10.2018 00:40 Oxundu 2238

Millətlər Liqasının üçüncü turunda milli komandamız səfərdə Farer Adaları komandasının qonağı olub. Bu oyun millimizin liqada birincilik uğrunda mübarizəni davam etdirmək baxımın mühüm əhəmiyyət kəsb edirdi. Millimiz oyuna aşağıdakı start heyəti ilə çıxmışdı:

1. Kamran Ağayev (k), 5. Maksim Medvedev, 19. Rahil Məmmədov,22. Bədavi Hüseynov,4. Pavel Paşayev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Mahir Mədətov, 13. Dmitri Nazarov, 7.Araz Abdullayev,16. Rüfət Dadaşov

Oyun meydança sahiblərinin hücumları ilə başladı. Lakin tezliklə komandamız oyunu bərabərləşdirdi. Bununla belə rəqib qapısı önündə ilk təhlükəli vəziyyəti yalnız 28-ci dəqiqədə yaratdı və elə bu da qolla nəticələndi. Almeyda fərqləndi – 1:0. Birinci hissə bu hesabla başa çatdı.

İkinci hissədə millimiz bacarıqla müdafiə olunub xoşbəxtliyi əks-hücumlarda axtarmaq taktikasını tutdu və bu da öz bəhrəsini verdi. 67-ci dəqiqədə Dimitri Nazarov Rüfət Dadaşovun ötürməsini birbaşa qapıya yönəldi – 2:0.

85-ci dəqiqədə isə meydançaya yenicə daxil olmuş Ruslan Qurbanov qapıçı ilə təkbətək qaldı, qapıçı isə onu qaydaları pozmaqla saxlaya bildi. Almeyda penalti zərbəsi ilə özünün 2-ci millimizin isə 3-cü qolunu vurdu.

Bu turda Kosova öz meydançasında Malta ilə qarşılaşırdı. Həmin oyunda kosovolular 3:1 hesabı ilə qalib gələrək qrupumuzda liderliyini davam etdirir. Millimiz 5 xalla ikinci pillədədir.

Növbəti oyunu millimiz oktyabrın 14-də Bakıda Maltaya qarşı keçirəcək.