12.10.2018 13:39
2123
“Cenoa”nın 23 yaşlı polşalı futboçusu Kristof Piatek məhsuldarlığı ilə diqqət mərkəzindədir. Cempion.az xəbər verir ki, gənc oyunçu bu mövsüm çıxdığı bütün oyunlarda qol vurmağı bacarıb. İtaliya kubokunda 4, Seria A da isə 7 oyuna 9 dəfə fərqlənə hücumçu ötən gün Portuqaliya ilə qarşılaşmada komandasının ilk qolunun müəllifi olub. Mütəxəssilər onu yeni Levandovski adlandırır. Qeyd edək ki, hücumçu “Cenoa”dan əvvəl Polşanın “Krakovia” klubunda 35 oyuna 21 qol vuraraq italyanların diqqətni cəlb etmişdi.