cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Məşhur futbolçu karyerasını bitirdi

13.10.2018 11:44 Oxundu 2426

Yunanıstanlı məşhur futbolçu karyerasını bitirib. Cempion.az xəbər verir ki, adı çəkilən şəxs 33 yaşlı Georgios Samarasdır. Ən yaxşı vaxtlarını “Seltik”də keçirdən oyunçu uzunmüddətli zədələr səbəbindən karyerasını bitirdiyini açıqlayıb. “Mançester Siti”, “Vest Bormiç”, “Real Zaraqoza” kimi klublarda forma geyinən futbolçu 481 rəsmi oyunda 115 qol və 69 məhsuldar ötürm ilə yadda qalıb. Qeyd edək ki, Samarasın son komandası Türkiyənin 1-ci liqasında çıxış edən “Samsunspor” klubu olub.