şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Anri baş məşqçi təyin edildi

13.10.2018 13:36 Oxundu 2137

1998-ci ildə Fransa yığmasının tərkibində futbol üzrə dünya çempionu olan Tyerri Anri baş məşqçi təyin edilib. Cempion.az TASS agentliyinə istinadla xəbər verir ki, o, bundan sonra “Monako” komandasını çalışdıracaq. T. Anri daha əvvəl bəyan edib ki, son iki il məşqçi heyətində işlədiyi Belçika mllisini tərk edir. 41 yaşlı T.Anri ilə klub arasında müqavilə üç il müddətinə nəzərdə tutulub.