şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

İtalyalı futbolçu karyerasını bitirdi

13.10.2018 16:39 Oxundu 2086

Daha bir italyalı əfsanəvi futbolçu karyerasını bitirib. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, son olaraq “Virtus Entella” komandası ilə məşqlərə başlayan Antonio Kassano aktiv futbol həyatını sonlandırıb. O buna səbəb kimi artıq futbol oynaya biləcək psixologiyada olmadığını göstərib. Qeyd edək ki, ulduz futbolçu karyerası ərzində “Bari”, “Roma”, “Real Madrid”, “Milan”, “İnter” “Parma” və “Sampdoria” klublarının şərəfini qoruyub.