14.10.2018 09:57
2888
Qaydasız döyüş üzrə (UFC) yüngül çəkidə mütləq dünya çempionu, dağıstanlı Həbib Nurməhəmmədov amerikalı boksçu, dünya çempionu Floyd Meyvezeri döyüşə dəvət edib.
Rusiyalı döyüşçü bu qarşıdurmanın hansı idman növünün qaydaları üzrə keçiriləcəyini dəqiqləşdirməyib.
“Gəl, Floyd! Döyüşməyə hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələbəm!” – Nurməhəmmədov deyib.
Qeyd edək ki, bu idmançıların heç biri hələlik peşəkar səviyyədə məğlub olmayıb.
Meyvezerin bu təklifə cababı maraqla gözlənilir. (Virtualaz.org)
video