cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Azərbaycan Malta oyunu heç-heçə bitdi

14.10.2018 20:40 Oxundu 2566

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyunu heç-heçə bitdi.

Cempion.az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində Rouen Muskat vurduğu qolla Maltanı hesabda irəli çıxarıb. Qarşılaşmanın 53-cü dəqiqəsində Azərbaycan yığmasının 7 nömrəli oyunçusu Araz Abdullayev komandamızın bərrabərlik qolunu vurub: 1:1. Oyun bu hesabla da başa çatıb.

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyununda hesab açılıb.

Cempion.az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində Maltanın 11 nömrəli oyunçusu Rouen Muskat komandasını hesabda irəli çıxarıb.

Azərbaycan – Malta - 0:1

Qurban Qurbanov start heyətdə qapını Kamran Ağayevə (1) tapşırıb.

Müdafiədə Rahil Məmmədov (19), Bədavi Hüseynov (22) Pavel Paşayev (4), Maksim Medvedev (5), yarımmüdafiədə isə Qara Qarayev(2), Araz Abdullayev (7), Dmitri Nazarov (13), Mahir Mədətov (17) və Riçard Almeyda (20) mübarizə aparacaqlar.

Millimizin yeganə hücumçusu Rüfət Dadaşovdur (16)

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.

Malta komandasının start heyəti belədir:

1. Endryu Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 8. Pol Fenek, 9. Yozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Juan Korbolan. 17. Rayan Kamilyeri, 19. Alfred Effionq.

Ehtiyat oyunçular: 12. Henri Bonello, 23. Stiv Sultana, 2. Maykl Conson, 6. Cek Qrek, 7. Stefen Pisani, 13. Kleyton Failla, 14. Jan Pol Farruciya, 16. Ferdinando Apap, 18. Byorn Kristensen, 20. Endryu Kohen, 21. Roderik Briffa, 22. Keyn Attard.

Baş məşqçi: Rey Farruciya.

video