çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

BIZIM FUTBOL

Futbolçulardan Mahir Mədətova dəstək - FOTO

15.10.2018 10:49

Azərbaycan milli komandasının və "Qarabağ"ın gənc futbolçusu Mahir Mədətov son zamanlar göstərdiyi oyunu ilə futbolsevərlərin təzyiqinə məruz qaıb. Ən son hədd isə Malta ilə görüşdə meydandan çıxarkən azarkeşlərin onu fitə basması olub. Milli komandanın baş məşqçisi Qurban Qurbanov da başda olmaqla futbolçular Mahirə Dəstək olublar. Onlar bu dəstəyi sosial şəbəkələrdə vasitəsi ilə bildiriblər.
Qurban Qurbanov Mahirin paltardəyişmə otağında ağladığını, ona dəstək vermək lazım olduğunu deyib: "Mahirə həddən artıq təzyiq var azarkeşlər tərəfindən. Mən sosial şəbəkələrdə olmuram, amma eşidirəm. Mahir ən hərəkətli oyunçularımızdan biri idi. Biz futbolçunu mütləq qazanmalıyıq. Bu gün qol pasını da o verdi. Bizim bu futbolçular xalq olaraq ehtiyacımız var. Mahir oyundan sonra paltardəyişmə otağında oturub ağlayırdı.
Həmişə öz futbolçularımın yanındayam. Onların nələr keçirdiklərini məndən yaxşı heç kim bilməz. Mahirin, Pavelin qaşı partladı. Bu futbolçulara güvənmək lazımdı. Başqa oyunçularımız yoxdu. Onları itirmək istəmirəm. Əksinə daha yaxşı futbolçu etmək, peşəkar etmək istəyirəm. Onların hər biri həddən artıq məsuliyyətlidilər. Bəzən soyuqqanlı olmaq gərəkən epizodlarda çətinlik çəkirdilər. Bizim futbolda çatışmayan cəhətlər çoxdu. Amma istəyirik ki, onları itirməyək. Nə qədər onlara ehtiyacımız var, daha çox yapışmalıyıq. Futbolçularımı yaxşı tanıyıram. Bütün iradları öz üzərimə götürməyə razıyam ki, futbolçular oyunlara rahat hazırlaşsınlar. Bu gün böyük xarakter göstərdilər".

(Qafqazinfo.az)

Oxundu: 162

© 2018 - NSPSOLUTIONS