15.10.2018 14:33
4077
Yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Əsgərxan Novruzov Turan Bayramovun (65 kq) Olimpiadadakı qələbəsini şərh edib. Mütəxəssis güləşçimizin uğuruna əvvəlcədən inandıqlarını söyləyib: “İki aya yaxındır Olimpiadaya hazırlaşırdıq. Şükürlər olsun, hazırlığımız öz bəhrəsini verdi. Turanın potensialına inanırdıq. Bu il həm Avropa, həm də dünya çempionu olmuşdu. Ancaq Olimpiadanın ab-havası başqadır. Burada da sözünü dedi. Bu, bizim üçün çox sevindirici haldır”.