cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Neftçi"də qvineyalı futbolçu

15.10.2018 18:07 Oxundu 2416

"Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib. Bu, qvineyalı Mamadu Kanedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. Qvineyanın "Kaloum Star” klubunun üzvü olan futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Qeyd edək ki, məşqçilər korpusu bu gündən məşqlərə qoşulan Mamadu Kane haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.