cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ardaya 12,5 il həbs cəzası verilə bilər

16.10.2018 09:53 Oxundu 1845

"İstanbul BB" klubunun yarımmüdafiəçisi Arda Turan 12,5 il müddətinə həbs cəzası ala bilər. Dövlət ittihamçısı ona məhz bu cəzanın verilməsini istəyir.

Qeyd edək ki, Arda gecə klubunda müğənni Şahin Berkayın həyat yoldaşına sataşıb. Bundan sonra Berkayla dalaşıb. Nəticədə müğənninin burnu sınıb.

Futbolçu baş verənlərə görə artıq Berkaydan üzr istəyib. O, seksual qısnamada, qanunsuz olaraq odlu silahı gəzdirməkdə və qəsdən xəsarət yetirməkdə ittiham olunur. (Oxu.az)