şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Ramil Şeydayev Rusiyada cərimələndi

16.10.2018 09:55 Oxundu 2007

Millimizin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Rusiyada cərimələnib. Bu barədə Federal Məhkəmə Pristavları Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya Premyer Liqasında mübarizə aparan "Krılya Sovetov"un formasını geyinən 22 yaşlı hücumçu yol hərəkəti qaydalarına riayət etməyib. Şeydayevin hesabında bir ödənilməmiş cərimənin olduğu bildirilir.

Şeydayevlə yanaşı, komanda yoldaşları - qapıçı Sergey Rıjikovla müdafiəçi Alan Çoçiyev də cərimələnənlər siyahısında yer alıblar.

"Krılya Sovetov"un digər futbolçuları Yevgeni Başkirov və Georgi Tigiyev isə dünən sərxoş halda avtomobil idarə etdikləri üçün yol polisi tərəfindən saxlanılıblar. (Sportal.az)