cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Mahir Mədətov: “Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim”

16.10.2018 10:42 Oxundu 2013

Son oyunlarda azakeşlərin tənqidinə tuş gələn Mahir Mədətov səssizliyinə son qoyaraq açıqlamalar verib. O deyib:"İştirakım olmayan epizodlarda, mövqeyimdən uzaq baş verənlərdə, hətta komandamız qalib gələn zaman mənə təhqirlər davam edirsə, buna başqa izah verə bilmirəm.Hamıdan çox fərqlənib komandama kömək etmək istəyirəm. Futbol bir komanda oyunudur. Komanda yoldaşım fərqlənirsə, bu, hamımızın uğurudur. Azarkeş də komandanı dəstəkləyir, hansısa bir futbolçunu yox. Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim. Düzdür, beynəlxalq oyunlarda hələ qol vurmamışam. Amma inanıram ki, o da olacaq.Özümü kiməsə sübut etmək kimi fikrim yoxdur. Futbolçuyam, öz işimi görürəm, baş məşqçinin verdiyi tapşırıqlara əməl edirəm. Üzərimə düşən vəzifəmi, işimi icra etməyə çalışıram”.

(Report)