şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Rüfət Dadaşov: "Malta ilə oyundakı 1:1 hesablı heç-heçə bizim üçün yetərli deyil"

16.10.2018 14:56 Oxundu 2244

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının IV turunda Malta ilə oyundan sonra alman mətbuatına müsahibə verib. Cempion.az xəbər verir ki, 27 yaşlı hücumçu bunları deyib: “Oyunumla bağlı müsbət rəylər aldım. Malta ilə oyundakı 1:1 hesablı heç-heçə bizim üçün yetərli deyil. Qalib gəlməli olduğumuz matçda 2-3 qol epizodundan yararlana bilmədim. Daha bir qol vursaydıq, qrupda liderliyə yüksələrdik. Azərbaycan kimi ölkə üçün ilk pillədə qərarlaşmaq böyük üstünlük olardı. Yığmaya yenidən dəvət alacağıma ümid edirəm. Komandadakı bir çox futbolçularla tanışam. Uyğunlaşmada heç bir problem yaşamadım"