çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Didye Deşam: “Azərbaycan heç də yaxşı variant deyil”

16.10.2018 15:16 Oxundu 2266

Futbol üzrə son dünya çempionu Fransanın baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqası haqqında müsahibə verib. Jurnalistin “Farer adaları və Azərbaycan kimi rəqiblərlə oynamaqdansa Almaniya və Hollandiya ilə oynamaq daha yaxşı deyilmiı?” sualına Təcrübəli mütəxəssis cavabında bunları deyib: “Əlbəttə ki, Farer adaları və Azərbaycan heç də yaxşı variant deyil. Onlar özləri həmişə böyük komandalarla qarşılaşmaq istəyirlər. Şikayət etmək fikrim yoxdu. Millətlər Liqası prestijli turnirdi. Burda gücləri bir-birinə yaxın olan komandalar qarşılaşır. Bunun yaxşı və ya pis hal olduğunu demək bir məşqçi kimi mənim işim deyil. Təbii ki, biz də öz qrupumuzun qalibi olmaq istəyirik. Ancaq bu da həqiqətdi ki, Millətlər Liqası nə dünya, nə də Avropa çempionatı qədər vacib deyil. Bu turnir futbolçular üçün hər zaman əlavə bir hədəfdi”.
(matc.az)