cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Dünya çempionatı Rusiyaya nə qədər xeyir verdi? - BÖYÜK RƏQƏMLƏR

16.10.2018 16:34 Oxundu 2166

2013-cü ildən 2018-ci ilədək futbol üzrə dünya çempionatının ümumi effekti Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) üçün 952 milyard rubl və ya ölkə ÜDM-nin təqribən 1 faizini təşkil edib.
Cempion.az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, ümumi effektin yarısından çoxu 2017 və 2018-ci illərə düşür.
Hesabata əsasən, dünya çempionatı sayəsində əhalinin əmək gəlirləri 469 milyard rubl artıb, 315 minədək iş yeri yaradılıb, vergi gəlirlərinin artımı 164 milyard rubl təşkil edib, orta və kiçik sahibkarlığın gəliri 797 milyard rubl çoxalıb