cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Mədətov “Xəzər TV”yə danışıb-VİDEO

16.10.2018 17:09 Oxundu 2392

“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov azarkeşlər tərəfdən fitə basılması barədə danışıb. Cempion.az xəbər verir ki, Mədətov “Xəzər TV”yə danışıb:

"Arsenal”la oyundan öncə Qurban Qurbanovla danışdıq. O , mənim sosial şəbəkələrdən istifadə etməyimi qadağan etdi. İndiyə qədər heç bir azarkeşlə problemim olmayıb. “Arsenal”la matçda mənə niyə etiraz etdilər və ya fitə basdılar onu anlamadım. Çünki həmin oyunda qol epizodlarından yararlana bilməyən təkcə mən deyildim. Malta ilə matçda isə düşünürəm ki, Kosovo ilə oyundan sonra “azarkeşlər meydana gəlmirlər” dediyim üçün məni fitə basdılar”.

Həmin videonu təqdim edirik:

Video