çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Fransa millisi Qrizmanın dublu sayəsində Almaniyanı məğlub edib - NƏTİCƏLƏR

17.10.2018 09:25 Oxundu 2286

UEFA Millətlər Liqasında IV tura yekun vurulub. Sonuncu oyun günündə A Liqasında 1, B və C liqalarında 2, D Liqasında isə 4 matç olmaqla, ümumilikdə 9 qarşılaşma baş tutub.

Günün ən maraqla gözlənilən oyunu A Liqasına təsadüf edib. Son dünya çempionları Fransa ilə Almaniya üz-üzə gəlib. Hesabı 14-cü dəqiqədə qonaq komandadan penalti zərbəsi ilə Toni Kroos açsa da, meydan sahiblərinin hücumçusu Antuan Qrizmann 63-cü və 80-ci dəqiqələrdə fərqlənərək, komandasına qələbə qazandırıb. Bununla da Almaniya qrup qalibi olma şanslarını tam itirib.

B Liqasında Ukrayna Çexiyaya minimal hesabla qalib gələrək, 9 xalla 1-ci qrupun qalibi olub və A Liqasına yüksəlib. D Liqasında isə Gürcüstan yığması ardıcıl 4-cü qələbəsini səfərdə Latviya üzərində əldə edib - 3:0. Bununla da qonşu ölkə millisi 12 xalla 1-ci qrupun qalibi kimi C Liqasına və 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə yüksəlib.

UEFA Millətlər Liqası, IV tur

A Liqası, I qrup

22:45. Fransa - Almaniya - 2:1

Qollar: Antuan Qrizmann, 63; 80 (pen.) - Toni Kroos, 14 (pen.)

Xal durumu: Fransa - 7 xal (3 oyuna), Hollandiya - 3 (2), Almaniya - 1 (3)

B Liqası, I qrup

22:45. Ukrayna - Çexiya - 1:0

Qol: Ruslan Malinovski, 43

Xal durumu: Ukrayna - 9 xal (3 oyun), Çexiya - 3 (3), Slovakiya - 0 (2)

4-cü qrup

22:45. İrlandiya - Uels - 0:1

Qol: Harri Uilson, 58

Xal durumu: Uels - 6 xal (3 oyuna) Danimarka - 4 (2), Uels - 3 (2), İrlandiya - 1 (3)

C Liqası, III qrup

22:45. Norveç - Bolqarıstan - 1:0

Qol: Məhəmməd El-Yunussi, 31

22:45. Sloveniya - Kipr - 1:1

Qollar: Neyts Skubiç, 83 - Fotis Papulis, 37

Xal durumu: Norveç - 9 xal (4 oyuna), Bolqarıstan - 9 (4 oyun), Kipr - 4 (4), Sloveniya - 1 (4)

D Liqası, I qrup

18:00. Qazaxıstan - Andorra - 4:0

Qollar: Yerkebulan Seydaxmet, 21. Bauırjan Turısbek, 37. Xosep Qomes, 61 (öz qapısına). Roman Murtazayev, 74

Qırmızı vərəqə: Xordi Alaes, 64 (Andorra)

22:45. Latviya - Gürcüstan - 0:3

Qol: Jaba Kankava, 8. Valerian Qviliya, 29. Georgi Çakvetadze, 61

Dəqiq yerinə yetirilməyən penalti: Valeri Kazaişvili, 5 (Gürcüstan)

Xal durumu: Gürcüstan - 12 xal (4 oyuna), Qazaxıstan - 5 (4), Latviya - 2 (4), Andorra - 2 (4)

4-cü qrup

20:00. Ermənistan - Makedoniya - 4:0

Qollar: Markos Pitselli, 12. Yura Movsisyan, 67. Gevorq Kazaryan, 81. Henrix Mxitaryan, 90+4

Qırmızı vərəqə: Elyif Elmas, 79 (Makedoniya)

22:45. Cəbəllütariq - Lixtenşteyn - 2:1

Qollar: George Kabrera, 61. Jozef Çipolina, 66 - Dennis Salanoviç, 15

Xal durumu: Makedoniya - 9 xal (4 oyuna), Cəbəllütariq - 6 (4), Ermənistan - 6 (4), Lixtenşteyn - 3 (4).

(Report)