cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Qəbələ”nin legioneri 90 dəqiqə oynadı

17.10.2018 10:29 Oxundu 2232

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. Cempion.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin IV turunda meydana çıxıb. O, D qrupunda keçirilən Qambiya – Toqo qarşılaşmasında iştirak edib. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Toqo yığması səfər görüşündə vacib 3 xal qazanıb – 1:0. Bu qələbədən sonra Lalavelenin komandası xal hesabını 5-ə çatdırıb. 3-cü pillədə qərarlaşan toqolular Əlcəzair və Benindən 2 xal geri qalır.