çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Öz səhvimizdən qol buraxdıq”

17.10.2018 10:36 Oxundu 2564

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsindəki çıxışını başa vurub. Cempion.az saytı xəbər verir ki, “Marienlist” stadionunda Norveçin qonağı olan millimiz 1:1 hesablı bərabərliyə imza atıb. Oyundan sonra komandamızın 2 üzvü fikrini bildirib. Fəhmin Muradbəyli: “Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibini əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik”. Qismət Alıyev: “Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Matça tam hazır gəlmişdik. İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır”.