çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

DIGƏR NÖVLƏR

Azərbaycanın gənc cüdoçuları dünya çempionatında mübarizəyə başlayırlar

17.10.2018 12:15

Bu gün Baham adalarının paytaxtı Nassauda cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək. Cempion.az xəbər verir ki, Azərbaycan milli komandası 4 gün davam edəcək mundialda 6 kişi və 3 qadın idmançı ilə təmsil olunacaq. İlk yarış günündə Ramilə Əliyeva və Şəfəq Həmidova (hər ikisi 44 kq) mübarizəyə başlayacaq. Onlar 1/8 finalda müvafiq olaraq, Amana Arraeş (Braziliya) ilə Mireya Rodrigeslə (İspaniya) qarşılaşacaqlar.

Yarışa eyni mərhələdən qoşulacaq Rövşən Əliyevlə Balabəy Ağayev (hər ikisi 55 kq) Emerson Silva (Braziliya) - Buxçulun Davaanyam (Monqolustan) və Livan Rodriges (Kolumbiya) - Çanad Feşko cütlərinin qalibləri ilə üz-üzə gələcəklər. Kəramət Hüseynov (60 kq) isə 1/16 final mərhələsində Hüqo Vero (Çili) ilə qüvvəsini sınayacaq.

Oktyabrın 18-də Azərbaycanın 2 cüdoçusu yarışacaq. Qadınların yarışında İçinxorlu Munxtsedev (57 kq) 1/16 finalda Anna Dabrovska (Polşa) ilə, Hasil Cəfərov isə eyni mərhələdə Jilberto Kardoso (Meksika) ilə qarşılaşacaq.

Oktyabrın 19-da tatamiyə çıxacaq Murad Fətiyev (81 kq) 1/16 finalda Fransua Qotye-Drapo (Kanada) ilə üz-üzə gələcək. Oktyabrın 20-də mübarizə aparacaq Adil Kərimli (100 kq) isə eyni mərhələdə İvo Vitasseklə (Almaniya) görüşəcək.

Dünya çempionatında 67 ölkədən ümumilikdə 426 idmançı - 240 kişi və 186 qadın cüdoçu çıxış edəcək.

Qeyd edək ki, böyüklər arasında XXXII dünya çempionatı 20 – 27 sentybarda Bakıda keçirilib.

Oxundu: 161

© 2018 - NSPSOLUTIONS