cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

İbrahim Şehiç İstanbul nəhənginin hədəfində

17.10.2018 13:00 Oxundu 2508

Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində heyətinə ehtiyat qapıçı almağı planlayır. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cimbom “Qarabağ”ın da şərəfini qorumuş İbrahim Şehiçlə maraqlanır. Danışıqlar baş tutarsa dövrə arasında bosniyalı qapıçı “Qalatasaray”a keçə bilər. Qeyd edək ki, Şehiç Türkiyənin “Ərzurumspor” klubunun qapışısıdır. O bu mövsümün əvvəli “Qarabağ”dan azad agent statusunda ayrılmışdı.