cümə axşamı, 25 aprel 2024

DİGƏR NÖVLƏR

Millimiz Mançesterə yollandı

17.10.2018 13:57 Oxundu 2615

Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Qran-Pri turnirin növbəti mərhələsi keçiriləcək.

Cempion.az saytı xəbər verir ki, “Tokio-2020”yə reytinq xalları verən yarışda böyüklərdən ibarət Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq. Bu gün Mançester şəhərinə yollanan komandamızın heyətində Qaşım Maqomedov (-58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi -68 kq), Ramin Əzizov (+80 kq), Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) yer alıb. Oktyabrın 19-da start veriləcək yarış üç gün davam edəcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, Elnur Amanovun rəhbərliyi ilə turnirə yollanan taekvondoçularımız oktyabrın 22-də vətənə dönəcək.