cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Sumqayıt"a güzəşt edildi

17.10.2018 19:27 Oxundu 1922

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Assosiasiyann rəsmi saytınınvrdiyi xəərə görə, aparılmış müzakirələrdən sonra “Sumqayıt” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, XVII Topaz Premyer Liqasının V turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair “Sumqayıt” FK-nın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişiklik edilib. Aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə məşqçinin cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.