çərşənbə axşamı, 19 mart 2024

DİGƏR NÖVLƏR

Rafael Ağayev bütün rəqiblərini qabaqladı

18.10.2018 13:34 Oxundu 2483

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb. 5 qat dünya, 11 qat Avropa çempionumuz Karate1 Premyer Liqasında 2018-ci ilin qalibi adına yiyələnib.

Premyer Liqanın təşkilatçıları il ərzində baş tutan 7 yarışın yekunlarına əsasən bütün çəki dərəcələrində ən yaxşıları açıqlayıb. Ağayev 75 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb.

Premyer Liqanın Dubay (BƏƏ) və Rabat (Mərakeş) turnirlərində qalib olan, Paris (Fransa) və Berlində (Almaniya) yalnız finalda uduzub, Rotterdamda (Hollandiya) bürünclə kifayətlənən Ağayev aşkar üstünlük qazanıb. Bu üzdən Yaponiyanın Tokio şəhərində keçirilən sonuncu Premyer Liqa turniri bu çəki dərəcəsinin qalibinin müəyyənləşməsi baxımından əhəmiyyət daşımayıb. Nəticədə Rafael ilk dəfə bu nüfuzlu titula yiyələnib.