cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Messi Poqbanın "Barselona"ya gəlməsini istəyir

18.10.2018 14:09 Oxundu 2576

"Barseloa"nin kapitanı Lionel Messi klubunun rəhbərliyinə fransalı yarımmüdafiəçi Pol Poqbanı almağı təklif edib. Bu barədə "The Daily Mail" nəşri informasiya yayıb. Mənbənin məlumatına görə, Messi bu təklifin komandanın digər liderləri tərəfindən də dəstəkləndiyini bildirib.

Xatırladaq ki, mankunyaların baş məşqçisi Joze Mourinyo ilə Poqba arasında uzun müddətdir ki, münaqişə davam edir. Bunu nəzərə aldıqda bu transferin qışda baş tuta biləcəyini ehtimal etmək olar.