çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Kavani "PSJ"dən getmək istəyir

18.10.2018 14:35 Oxundu 2080

"PSJ"nin uruqvaylı hücumçusu Edinson Kavani komandanı tərk etmək istəyir. "Le 10 Sport" nəşri bildirir ki, futbolçunun bu qərara gəlmsinin səbəbi komanda yoldaşları ilə münasibətlərinin qaydasında olmamasıdır. Mənbənin məlumatına görə, Kavani bildirib ki, Neymar və Mbappe öz aralarında oynadıqlarına görə o topsuz qalır. Bu səbəbdən də passivləşir.

Maraqlıdır ki, bir qədər əvvəl Neymar da komandadan getmək istədiyini bildirmişdi. Amma onun ayrılma səbəbləri başqa motivlərə əsaslanırdı.