çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Bu komandanın heyətini azarkeşlər müəyyən edir

19.10.2018 16:30 Oxundu 2308

Fransanın 6-cı liqasında çxış edən “Yunayted Menicer” komandasının maraqlı idarə etmə sistemi var. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən klubun heyətini azarkeşlər təyin edir. Oyundan öncə internet üzərindən səsvermə keçirilir və ilk 11 müəyyənləşdirilir. Klubun məşqçilər heyəti baş məşqçi, fiziki və qapıçı məşqçisindən ibarətdir. Azarkeşlərin oyunun gedişində də komandaya müdaxilə edə bilirlər. Ümumilikdə 9 nəfər işçisi olan klubun gəliriləri bilet satışlarından və komandanın internet səhifələrinə yerləşdirilən reklamlardan əldə olunur. Qeyd edək ki, komanda oynadığı 7 oyunun hamısından qələbə ilə ayrılıb.