çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

UEFA "PSJ"ni 20 min avro cərimələdi

19.10.2018 16:40 Oxundu 2365

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçilən “PSJ" -“Srvena Zvezda” oyununda baş vermiş intizam pozuntuları ilə əlaqədar olaraq cəza tədbirləri barədə qərar qəbul edib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Məlumatda bildirilir ki, meydan sahibi olan Fransanın "PSJ" klubu 20 min avro məbləğində çərimə olunub. Bu cərimə əsasən oyunun gec başlanması ilə əlaqədar olub. Bundan başqa hər iki komandanın azarkeşləri, habelə "PSJ"nin nümayəndələrinin davranışları bardə də UEFA-ya ciddi siqnallar daxil olduğu bildirilir. Qanaq komandanın - Serbiyanın -“Srvena Zvezda” komandasının da cərmələnəcəyi gözlənilir. Oyunda baş vermiş hadisələri və hər iki komandanın azarkeşlərinin etdiyi intizam pozuntularının araşdırılması üçün kommissiya yaradılması qərara alınıb

Xatırladaq ki, oktyabrın 3-də keçirilən həmin qarşılaşma 6:1 hesablı ilə "PSJ"nin xeyrinə başa çatıb.