cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Azərbaycanlı döyüşçü Rusiyada qələbə qazandı

20.10.2018 12:14 Oxundu 2019

MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Cempion.az xəbər verir ki, həmyerlimiz “Fight Night Global 90” turniri çərçivəsində rusiyalı döyüşçü Mixail Qoqitzeni məğlub edib. Qeyd edək ki, Nəriman Abbasov “Qəbələ” İdman Klubunun yetirməsidir. O, karyerası ərzində keçirdiyi 27 döyüşün 23-də qələbə qazanmağı bacarıb.