çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Neftçi” ilk məğlubiyyətini aldı, “Qarabağ” potensial lider oldu

20.10.2018 21:36 Oxundu 2010

Bu gün Topaz Premyer Liqasında ikinci dövrəyə start verilib. Səkizinçi turun açılış günündə lider “Neftçi” Qəbələdə eyni adlı komandanın qonağı olub. “Qəbələ” cari çempionatda çətin günlərini yaşadığından bu oyunda “Neftçi”nin imkanları daha yüksək qiymətləndirilirdi. Oyun gözlənildiyi kimi, bakılıların hücumu ilə başladı. Amma tezliklə “Qəbələ” bu hücumların qarşısını alıb əks-hücumlar təşkil etməyə başladı. Belə hücumların birində Qəbələ futbolçuları gözəl kombinasiyalı oyunu məntiqi sonluğa çatdırdılar. Son zərbəni Ceyms Adaniyi vurdu – 1:0. Birinci hissə bu hesabla da başa çatdı. İkinci hissəyə “Neftçi” hücumlarla başladı, amma qolu yenə “Qəbələ” vurdu. Bu dəfə Monroz fərqləndi. Oyunun 67-ci dəqiqəsində Təmkin Xəlilzadə ikin sarı vərəqə ilə meydandan kənarlaşdırılsa da, bakılılar bu üstünlükdən istəfadə edə bilmədilər. Əksinə, “Qəbələ” azlıqda olarkən Adaniyi özünün ikinci, komandasının isə üçüncü qolunu vurdu. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə bütün oyun boyu meydanda olduğu hiss edilməyə Kvame Karikari komandasının təsəlli qoluna imza atdı- 3:1. Beləliklə, “Neftçi” çari çempionatda ilk dəfə meydançadan xalsız ayrıldı.

Günün ikinci oyununda isə “Azərsun Arenada” “Qarabağ”la “Səbayil” qarşılaşdı. Oyun Abdullah Zubirin vurduğu yeganə qolla ağdamlıların xeyrinə başa çatdı – 1:0.

Hazırda yarış cədvəlində ikihakimiyyətlilik yaranıb. Əlavə göstəricilərə görə, “Qarabağ” yenidən birinciliyə yüksəlib.

Qeyd edək ki, çempion digər rəqibləri ilə müqayisədə bir oyun az keçirib və tirilən xalların sayına görə potensial liderdir.