çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Qarabağ”a texniki məğlubiyyət veriləcək

20.10.2018 22:04 Oxundu 2984

Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Səbail” oyununda protokol xətası baş verib. Belə ki, İkinci hissədə “Qarabağ”ın heyətində meydana daxil olan Abbas Hüseynovun adı görüşün protokolunda qeyd edilməyib. Bu texniki səhv Ağdam təmsilçisinə texniki məğlubiyyət verilməsi oilə nəticələnəcək. Hələlik “Qarabağ” yarışcədvəlinin zirvəsindədir. Amma AFFA-nın İntizam Komitəsinin növbəti yığıncağında oyunun bugünkü nəticəsi ləğv edilərək “Qarabağ”a 0:3 hesabı ilə texniki məğlubiyyət verilməsi rəsmiləşəcək.

Qeyd edək ki, cari mövsümdə nəticəsi ləğv olunan ilk oyun olmayacaq. Buna qədər “Səbail”- “Zirə” oyununda da “Səbayil”ə texniki qalibiyyət verilmişdi. Bununla da cari çempionatda “Səbayil”in hesabına “qazanılmamış” 6-cı qal yazılacaq