çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

“Barselona” yenidən liderliyi ələ keçirdi

21.10.2018 00:56 Oxundu 2758

İspaniya çempionatının 9-cu turunda “Barselona” lider “Sevilya”nı qəbul edib. Oyunun ilk dəqiqələrindən təşəbbüsə yiyələnən katalonlar erkən qola imza atıblar. 2-ci dəqiqədə Messinin ötürməsini Koutinyo qola çevirib. 12-ci dəqiqədə isə Messi özü fərqlənib. Təəssüf ki, 26-cı dəqiqədə Messi zədələnərək meydançanı tərk edib. Bundan sonra “Sevilya” təzyiqi artırsa da uğur qazana bilməyib. 2:0 hesabı birinci hissənin sonuna qədər dəyişməyib. İkinci hissədə “Sevilya” yenə pressinqini davam etdirib, “Barselona” isə əks hücumlarda rəqibini tutmağa çalışıb. Belə əks-hücumların birində Suares qapçı ilə təkbətək çıxıb. Lakin qapıçı onu yolverilməz fəndlə saxlayıb. Zərərçəkən penaltini dəqiq yerinə yetirib – 3:0. Bundan sonra da “Sevilya” təslim olmaq istəməyib. İki dəfə 100 faizlik qol vəziyyətlərini Ter-Steygen dəf edib. Bununla belə, 82-ci dəqiqədə hesab 3:1 olub. “Sevilya” hücumlarını davam etdirsə də növbəti qolu yenə katalonlar vurub. İvan Rakitiç fərqlənib. Oyunun son dəqiqələrəndə isə seviliyalılar daha bir qol vurublar. Bu, oyunda sonuncu qol olub – 4:2.

Beləliklə “Barselona” bir tur əvvəl əldən verdiyi liderliyi yenidən özünə qaytarıb.