çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

VIII tura yekun vuruldu

21.10.2018 21:39 Oxundu 1845

Topaz Premyer Liqasında bu gün keçirilmiş iki oyunla VIII tura yekun vurulub. Əvvəlcə meydançaya “Sumqayıt” və “Sabah” komandaları çıxıblar. Oyunun 15-ci dəqiqəsindən bir nəfər azlıqda qalan “Sumqayıt” rəqibinə minimal hesabla məğlub olub. 0:1.

İkinci oyunda “Keşlə” və “Zirə” qarşı-qarşıya gəliblər. Meydança sahibləri oyunun ikinci dəqiqəsində hesabı açıbılar. Bütün oyun boyu rəqibi meydanın özlərinə tərəf sıxışdıran “Zirə”nin bütün cəhdləri səmərəsiz qalıb. Beləliklə, “Keşlə” cari çempionatda ilk qələbəsini qazanıb – 1:0.