çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Kvame Karikari: " Bu məğlubiyyəti unutdurmaq üçün çalışacağıq"

21.10.2018 21:57 Oxundu 1933

"Neftçi”nin hücumçusu Kvame Karikari "Qəbələ” ilə oyun haqda fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. Qanalı futbolçu bu məğlubiyyəti unutdurmaq üçün çalışacaqlarını deyib:

"Yaxşı hazırlıq keçmişdik. İki həftə məşq etmişdik. Amma bu futboldur, bəzən belə də olur. Bu məğlubiyyəti unutdurmaq üçün çalışacağıq. Gələn oyunda 3 xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Bu mövsüm ölkə çempionatında ilk dəfə uduzduq. Ona görə də bu məğlubiyyət ağır oldu. Qarşıdakı oyunlara daha da yaxşı hazırlaşıb, bugünki səhvləri buraxmamalıyıq. Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq. Növbəti turlarda onları sevindirməyə çalışacağıq”.