22.10.2018 10:13
2380
Ploşada gənclər arasında ağır atletika üzrə Avropa çempionatında idmançımız qitə birinciliyinin qalibi olub. Cempion.az xəbər verir ki, Məhəmməd Məmmədli 62 kiloqram çəki dərəcəsində birdən qaldırmada (121kq) gümüş, təkanla qaldırmada(150kq) isə qızıl medal qazanıb. İdmançımız toplam 271 kiloqram nəticə ilə ümumi sıralamada da Avropanın birincisi olub